Musa Quliyev: “Bütün bunlar 2014-cü ilin uğurlarına əsas verir” AÇIQLAMA

Musa Quliyev: “Bütün bunlar 2014-cü ilin uğurlarına əsas verir” AÇIQLAMA

"Ötən həftə ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında 2013-cü ilin yekunları, ölkəmizdə əldə olunan uğurlar, indiyə qədər ölkəmizin keçdiyi yol və gələcək inkişaf perspektivləri müzakirə edilərək vurğulandı ki, Azərbaycan dünyanın ən uğurla inkişaf edən ölkələrindən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Ötən il ərzində Azərbaycanın bir çox uğurlara imza atdığını deyən millət vəkilinin sözlərinə görə, buna əyani göstərici dünyanın ən nüfuzlu iqtisadi forumu sayılan Davosun verdiyi reytinq siyahısında Azərbaycanın 37-ci yerdə dayanmasıdır. Millət vəkili vurğulayıb ki, Azərbaycan BMT-yə üzv olan 200-dən çox ölkə arasında ilk 50-likdə yer alıb.

Ötən il ölkəmizdə İKT sahəsində görülən işlərdən danışan milət vəkili söyləyib ki, 2013-cü il İKT ili olaraq bu sahədə bir sıra uğur və yeniliklərlə yadda qalıb: "2013-cü ildə ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan dünyada kosmos klubu dövlətləri sırasında 11-ci olub. Eyni zamanda ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar məbləğində investisiya yatırılıb ki, bunun da tam böyük əksəriyyəti yerli investisiyalar hesabına olub. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investr ölkəyə çevrilib. Bundan əlavə, iqtisadi sahədə əldə olunan uğurlara Tanap və Tap layihələri də daxildir ki, bu layihələrin reallaşdırılması istiqamətində mühüm işlər görülüb. Sözügedən layihələr ölkəmizi Avropanın enerji problemlərinin həllində ən mühüm dövlət kimi bir daha təsdiq edir. Eləcə də "Şahdəniz 2" layihəsinin reallaşdırılması ilə bağlı görülən işlər ölkəmizin gələcək inkişaf perspektivlərinin başlanğıcı kimi qəbul olunur. Yaxın illərdə Azərbaycan xalqı bunun səmərəsini görəcək və uzun illər bu layihə Azərbaycan iqtisadiyyatına xidmət edəcək".

M. Quliyev həmçinin bildirib ki, Azərbaycanda həyata keçirilən böyük layihələrdən biri regionların sosial-iqtisadi proqramlarıdır ki, son 10 müddətində iki proqram uğurla həyata keçirilib: "3-cü proqramda əks olunanlara nəzər yetirdikdə, ölkə baçısının söylədiyi kimi bu dövr Azərbaycan üçün sosial şah dövrü olacaq. Proqram 2013-2017-ci illəri əhatə edir. Orada sosial məsələlərin önə çıxması, regionlarda əhalinin əmək haqlarının artırılması, daha rəqabət qabiliyyətli iş yerlərinin açılması, əhalinin sosial rifah halının yüksəldilməsi, regionlarda urbanizasiya proseslərinin qarşısının alınması, kəndlərdə aqrar sektorun inkişafı, turizm şəbəkəsinin genişləndirilməsi və digər məsələlər öz əksini tapıb".

Ölkəmizin beynəlxalq aləmdə nüfuzuna gəldikdə, millət vəkili qeyd edib ki, ötən il ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri- daimi üzv kimi fəaliyyətini haqqa, ədalətə, qanuna üstünlük verərək başa vurmaqla beynəlxaq aləmdəki nüfuzunu bir daha artırmış oldu: "Bundan əlavə, ötən il ölkəmizin beynəlxalq imicinə yüksəliş gətirən digər amil Prezident seçkiləri oldu. Seçkilərin ədalətli, demokratik, şəffaf şəkildə keçirilməsi ölkəmizin beynəlxalq aləmdə yerinin daha da möhkəmləndirdi. Azərbaycan xalqı seçkilərdə ən layiqli, son 10 ildə ölkəmizi ən qüdrətli dövlətə çevirən, əhalinin sosial rifah halının yaxşılaşdırılması naminə daim işlər görən Prezident İlham Əliyevə səs verdi. Xalqımız bu addımı ilə Yeni Azərbaycan Paryiyasına inandığını bir daha sübut etdi. Bu seçkilər Azərbaycan xalqının iradəsindən yüksəkdə heç nə dayanmadığını bir daha ortaya qoydu. Seçkiləri müşahidə edən bəzi qərəzli təşkilatlar olsa da, onlar xalqımızın iradəsi, rəyi, inamı qarşısında heç nəyə nail ola bilmədilər. Digər beynəlxalq təşkilatların nümayəndələri seçkilərin demokratik keçdiyini və İlham Əliyevin xalqın iradəsi ilə tam qələbə çaldığını söylədilər. Bu da ölkəmizin beynəlxalq aləmdə imicini daha da yüksəyə qaldırdı. Bütövlükdə götürəndə ötən il ölkəmiz üçün çox uğurlu bir il oldu. Bütün bunlar 2014-cü ildə daha da uğurlar əldə etməyə əsas verir, Azərbaycanın qüdrətinin artması, ölkə əhalisinin sosial rifahının yüksəlməsi üçün daha geniş imkanlar açır".

Bütün xəbərlər Facebook səhifəmizdə