BAXCP: “Əli Kərimli Əbülfəz Elçibəyə qarşı iyrənc kampaniya aparırdı”

BAXCP: “Əli Kərimli Əbülfəz Elçibəyə qarşı iyrənc kampaniya aparırdı”

"Müsavat partiyası ilə AXCP arasında gedən mübahisələrə digər partiyaların nümayəndələrini də cəlb ediblər". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun "Azadlıq" qəzetində bir sıra müxalifət nümayəndələrinə qarşı yazdığı yazıya münasibətini bildirərkən qeyd edib.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı çirkin kampaniyanın şahidlərindən biri də Natiq olub: "Bütün proseslər bu adamın gözü qarşısında baş verib. Mən 1996-2000-ci illərdə Əbülfəz bəyin sədr olduğu AXCP-də həm Gənclər Komitəsində şöbə rəhbəri, həm də "Günaydın" qəzetinin parlament müxbiri idim. İndi mən nə edim ki, həqiqətən də Əli Kərimli Əbülfəz Elçibəyə qarşı iyrənc kampaniya aparırdı. Natiq, Xədicə İsmayıl kimi zombilər də Əli Kərimlidən aldıqları pulla evlərinə çörək aparırdı. Sizlər Elçibəyi təhqir edib pul qazananlar olmusunuz. Bunu hamıdan yaxşı özünüz bilirsiniz. O vaxt rəhmətlik Mahir Səmədov "Ulus" qəzetində "Yurd"un mətbuat şəbəkəsinin siyahısını dərc edib. Natiq Ədliov, Xədicə İsmayılova həmin siyahıya başçılıq edirdi. Bir dəfə partiyanın iclasında həmin jurnalistlərlə bağlı Əbülfəz bəydən soruşublar ki, sizin əleyhinizə yazan bu jurnalistlərə Əli Kərimli başçılıq edir, bu haqda nə deyə bilərsiniz? Bəy cavabında bildirib ki, bu adamlar məni söyməklə evlərinə çörək aparırlar. İndi nə edim? Çörəklərini kəsdirim?"

Niyaməddin Orduxanlı həmin dövrdə "Yurd"a qoşulmaqdan imtina etdiyini də bildirib: "Mən Əli Kərimlinin pullarının qarşısında kişi kimi dayanmağı bacardım. Əbülfəz bəyə qarşı heç vaxt xəyanət etmədim. Bunu hamı bilir. Natiq hamıdan da yaxşı bilir ki, Əli Kərimli Əbülfəz Elçibəyə, Qüdrət Həsənquliyevə, Əliməmməd Nuriyevə, Əli Məsimliyə, Fazil Müstafaya, Asim Mollazadəyə, Ali Mustafayevə, İbrahim Vəliyevə, Arif Paşaya, Novella Cəfəroğluna, Qulamhüseyn Əlibəyiyə, Nizami Quliyevə, Qorxmaz İbrahimliyəyə və yüzlərlə "Yurd"un üzvlərinə xəyanət edib! Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur".

Xatırladaq ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov "Azadlıq" qəzetində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun əleyhinə yazdığı yazıda BAXCP sədri Qüdrət Həsənquliyevlə , BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının da adını çəkib.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə