Sülhəddin Əkbər: “Milli Şurada qalıb, vaxt itirmək fikrində deyilik”

Sülhəddin Əkbər: “Milli Şurada qalıb, vaxt itirmək fikrində deyilik”
Açıq Cəmiyyət Partiyasının (ACP) fəaliyyətinə xitam verdikdən sonra yeni təsis olunnan Azad Demokratlar Partiyasının (AzDP) təşkilat komitəsinin sədri Sülhəddin Əkbər Milli Şuradan gedəcəyini istisna etməyib. SİA-nın məlumatına görə, təşkilat komitəsinin sədri təmsil olunduğu partiya tərəfindən Milli Şuraya bir sıra təkliflər irəli sürdüyünü deyib: "Təkliflərimi Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, "El" Hərəkatının sədri Eldar Namazov və KXCP sədri Mirmahmud Mirəlioğluna göndərmişəm. Təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirməyin tərəfdarı deyilik".

Xatırladaq ki, Sülhəddin Əkbər hələ ACP-nin sdri olarkən də Milli Şurada qalmaq istəyində olmadığını bəyan etmişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня