İsgəndər Həmidov: “Vəziyyət getdikcə mürəkkəbləşir, intriqalar artırdı"
Milli Şuradan istefa verən İsgəndər Həmidov vaxtilə lideri olduğu Azərbaycan Milli Demokrat Partiyasının qurultayını keçirməyə hazırlaşır. SİA-nın məlumatına görə, İsgəndər Həmidov qurultayda yenidən partiyanın sədri vəzifəsinə seçiləcək. Bu arada "Boz qurd"çuların lideri Milli Şurada baş verən qarşıdurmalara münasibətini də açıqlayıb. Onun bildirdiyinə görə, Milli Şuradan istefasının bir çox səbəbləri var: "Milli Şura yaranan gündən orada ciddi ziddiyyətlər mövcud idi. Sadəcə olaraq bir qədər ağlı kəsən insanlar fikirləşdi ki, bir yerə toplaşaq, seçkilərdə vahid namizədlə iştirak edək, xalqı seçki hüququndan məhrum etməyək. Bəlkə, bu zaman uğur əldə edə bilərik. Lakin vəziyyət getdikcə mürəkkəbləşir, intriqalar artırdı".
Hələ Milli Şuranın sədri seçilərkən, Rüstəm İbrahimbəyova səs vermədiyini xatırladan İsgəndər Həmidov bildirib ki, o həmin ərəfələrdə İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu siyasi həmkarlarına çatdırıb: "Əgər xatırlayırsınızsa, Milli Şuranın sədri seçilərkən yalnız mən Rüstəm İbrahimbəyovun əleyhinə səs verdim. Çünki Rüstəm İbrahimbəyov Rusiyanın vətəndaşı idi".
Qeyd edək ki, İsgəndər Həmidov Milli Şurada "millətçilərə" önəm verilmədiyini, onların siyasi proseslərdən uzaq saxlanıldığını da istefasının səbəblərindən biri kimi önə sürüb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB