Rusiya Dumasının deputatı: “Puşkinin abidəsinin yerini dəyişdirmək problem deyil”

Rusiya Dumasının deputatı: “Puşkinin abidəsinin yerini dəyişdirmək problem deyil”

"Aleksandr Sergeyiviç Puşkinin abidəsinin yerini dəyişmək elə də böyük problem deyil". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının deputatı Yuliya Peskovskaya Brüsseldə A.S.Puşkinin abidəsinin yeni salınacaq tramvay yolunun üstündə yerləşdiyindən yerinin dəyişilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Puşkinin abidəsinin yerini dəyişdirmək problem deyil. Əsas problem onu qoruyub saxlamaqdadır: "Ümumiyyətlə Puşkinin abidələrini dünya klasiklərinin abidələri kimi qorumaq gərəkir. Çünki, Puşkin sadəcə rus şairi deyil. O dünya ədəbiyyatının şairidir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə