“Bəzi mətbuat orqanlarında yayılanlar şaiyədən başqa bir şey deyil” AÇIQLAMA

“Bəzi mətbuat orqanlarında yayılanlar şaiyədən başqa bir şey deyil” AÇIQLAMA

"Azərbaycanda 2006-ci ildən bu günə qədər Quş qripi qeydə alınmayıb. Əgər bəzi mətbuat orqanları ölkəmizdə Quş qripinin yayıldığını iddia edirlərsə, bu şaiyədən başqa bir şey deyil". Bunu SİA-ya Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Qurum sözçüsünün sözlərinə görə, ötən il DBX Quş qripinin bütün tiplərinə uyğun 6 dəfə monitorinq aparıb: "Bu monitorinqlərdə bizim idarə ilə yanaşı, Azərbaycan Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edib. Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə, eləcə də su və ayrı-ayrı həyətyanı təsərrüfatlardan götürülən qan və patoloji materiallara əsasən aparılıb. Bu monitorinqlər zamanı 7 mindən artıq həm qan, həm də patoloji materialların müayinəsi həyata keçirilib. Sevindirici haldır ki, bu günə qədər Quş qripə aid xəstəliyin heç bir tipi ölkəmizdə qeydə alınmayıb. Bu istiqamətdə mütəmadi olaraq tədbirlərimiz davam etdirilir. Növbəti monitorinqə yanvarın 27-də start verməyi planlaşdırırıq. Biz sonuncu monitorinqi 2013-cü ilin dekabrın 27-də yekunlaşdırmışıq" – deyə, Y. Xanvəli deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə