“Onların sayəsində cəmiyyət siyasi institutlara inanmır”

“Onların sayəsində cəmiyyət siyasi institutlara inanmır”

"Bir yerdə fəaliyyət göstərib ayrıldıqdan sonra bir- birilərinə qarşı kəskin mövqe söyləmək bəzi partiyalarda sanki adət halını çevrilib". Bu sözləri SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov "Milli Şura" daxilində gedən parçalanmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Milli Şura"da parçalanma qurum yaranan gündən başlayıb: "Bilirsiniz ki, "Milli Şura" yaranandan sonra bəzi partiyalar toplumu tərk etməyə başladılar. Müsavat partiyası əvvəllər "Milli Şura"nın inkişaf etməsində, onun fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu qeyd etsə də, görünür deyilənlər sadəcə bəyanat olub. Hazırki vəziyyətə baxsaq görərik ki, Müsavatın niyyəti fərqli olub. Niyyəti baş tutmadığından da toplumdan ayrılmağa qərar verdi".

Ə. Orucov vurğulayıb ki, burada əsas məqam partiyaların ayrılıdıqdan sonra bir-birilərinə qarşı kəskin mövqe bildirməsidir: "Bir- birilərinə qarşı kəskin mövqe irəli sürən bu şəxslər təkcə öz partiyalarını deyil, eyni zamanda ölkədə bütün müxalifəti nüfuzdan salırlar. Onların sayəsində cəmiyyət siyasi institutlara inanmır".

Bütün xəbərlər Facebook səhifəmizdə