Gülağa Aslanlı: “Öz partiyasına xəyanət edən Asəf Quliyevin münasibət bildirməsi yersizdir”

Gülağa Aslanlı: “Öz partiyasına xəyanət edən Asəf Quliyevin münasibət bildirməsi yersizdir”

"Asəf Quliyev əvvəllər təmsil olunduğu partiyadan çox çətin vaxta istefa verdi. Partiyasını sona qədər dəstəkləmədi". Bu fikirləri SİA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı "Xalq Arzusu" Hərəkatının sədri Asəf Quliyevin "AXCP-Müsavat partiyaları arasında belə bir şəraitdə istənilən danışığın aparılması anormallıqdır" fikrinə münasibət bildirərkən söyləyib.

Gülağa Aslanlı, həmçinin qeyd edib ki, onun fikirləri çox dəyərsiz və mənasızdır: "Asəf Quliyevin düşündükləri və söylədikləri mənimçün çox maraqsızdır. Öz partiyasına ən ağır vaxtlarda xəyanət edən Asəf Quliyevin digər məsələlərə münasibət bildirməsi yersizdir".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə