" "Bişkek protokolu”nun vaxtının bitməsi Ermənistanda narahatlıq doğurmalıdır” Münasibət

" "Bişkek protokolu”nun vaxtının bitməsi Ermənistanda narahatlıq doğurmalıdır” Münasibət

"Vyanada keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentlərin növbəti dəfə bir araya gəlinməsi razılığı əldə olunmuşdu və bu missiyanı ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə etmişdilər. Yanvarda keçirilməsi nəzərdə tutulan prezidentlər səviyyəsində görüşlərin keçirilməsi müsbət haldır. Çünki ali səviyyədə əlaqələrin yaradılması münaqişənin tənzimlənməsinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi politoloq Elşad Mirbəşiroğlu növbəti ayda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin tənzimlənməsi istiqamətində təəssüf ki, yeni addımlar atılmır: "Əsas problem isə Ermənistanın nümayiş etdirdiyi mövqelərlə bağlıdır. Həmin ölkənin hazırkı mövqeyindən çəkindirmək üçün hər hansı bir addım atılmır. Azərbaycan tərəfi hər zaman olduğu kimi konstruktiv mövqe nümayiş etdirir. Münaqişənin sülh yolu ilə həll olunması istiqamətində də lazım olan addımları atır. Qarşı tərəf isə bunu görməzlikdən gəlir. Bununla yanaşı, həmsədrlər qarşı tərəfə təzyiq metodlarından da istifadə etmir. Bu baxımdan, növbəti görüş sadəcə prezidentlər səviyyəsində əlaqələrin qurulmasına xidmət edəcək".

Gələn ilin may ayında 1994-cü ildə imzalanan "Bişkek protokolu"nun vaxtının bitməsindən sonrakı mərhələsində baş verəcək hadisələri şərd edən politoloqun fikrincə, çox güman ki, atəşkəs rejiminin saxlanılması haqqında razılaşmanın müddəti yenidən uzadılacaq: "Nəzərə almaq lazımdır ki, atəşkəs rejiminin qorunub saxlanılması müddətində ermənilər dəfələrlə atəşkəsi pozub. Bütün hallarda rəsmi atəşkəs rejiminin saxlanılması haqqında sövdələşmənin mövcudluğu labüddür. Çünki bütün hallarda bunun hüquqi qüvvəsi var. Münaqişənin tənzimlənməsi baxımından hər hansı bir töhfə vermək kimi atəşkəs rejimi elə də ciddi rol oynamır. Ermənistan tərəfi bu məsələdən narahatlıq hissi keçirməlidir. Çünki Azərbaycanın hərbi qüdrəti qarşısında Ermənistana maraqlı olmalıdır ki, atəşkəs rejimi mövcud olsun. Bir sözlə, "Bişkek protokolu"nun vaxtının başa çatması Ermənistanda narahatlıq doğurmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə