Hafiz Hacıyev: “Müxalifət çalışır ki, suyu "bulandırsın” və milləti qırğına versin” AÇIQLAMA

Hafiz Hacıyev: “Müxalifət çalışır ki, suyu "bulandırsın” və milləti qırğına versin” AÇIQLAMA

"Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Rəsul Quliyevin "facebook" səhifəsində ənənəvi müxalifət düşərgəsində təmsil olunanları sərt şəkildə tənqid etməsi və onların ünvanına "müxalifətçilər ölənə qədər elə müxalifətdə qalmaq istəyirlər" fikri tam əsaslıdır". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

"Mən onları vətənini satan, xarici kəşfiyyata işləyən və milləti ilə fikrini bölüşən müxalifət olmaqla üç qismə ayırardım. Gərək burada Rəsul Quliyev konkret olaraq deyərdi ki, Kərimov Əli, Qəmbərov İsa millətini, vətənini satır, xəyanət edir, eləcə də xarici kəşfiyyatın əli ilə Azərbaycanda qarışıqlıq salmaq istəyir. Müxalifət hər gün çalışır ki, ölkəmizdə suyu "bulandırsın" və milləti qırğına salsın. Bunların hər biri tam təfsilatı ilə deyilməlidir. Biz özümüz də müxalifətik. Görürsünüz ki, biz ölkənin milli maraqlarını hər şeydən üstün tuturuq. Hesab edirəm ki, əgər kimsə başqasından narazıdırsa, bunu Azərbaycan dövləti müstəvisində həll etməməlidir. Qəmbərov İsa kimə lazımdır? Bu insan yararsızın biridir. Qəmbərov İsa ancaq satqınlıqla özünə pul qazanır. Hətta, Kərimov Əli xaricdən kifayət qədər pul alır və bunu mənsimsəməkdə də davam edir. Beləcə onların hay-küy salmasının heç bir əsası yoxdur. Bu insanlar çox yüksək səviyyədə yaşayırlar. Mütəmadi təşkil etdiyim tədbirlərdə Qəmbərov İsa və Kərimov Əlinin tərəfdarlarını çağıraraq deyirəm ki, bu iki insan sizləri satır, onlardan uzaq durun" - deyə, partiya sədri sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə