“Əldə olunan uğurlarının kökündə ölkə başçısının gördüyü işlər dayanır” MÜNASİBƏT

“Əldə olunan uğurlarının kökündə ölkə başçısının gördüyü işlər dayanır” MÜNASİBƏT

"Ölkə başçısının 10 il müddətində fəaliyyəti dövründə Azərbaycan misli görünməmiş dərəcədə inkişaf edib". Bu sözləri millət vəkili Fəttah Heydərov ölkə başçısının 10 illik fəaliyyəti ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ölkə başçısının apardığı siyasətin yolu Azərbaycanın müstəqiliyinin əbədiliyə aparan, uğurlu, möhkəm qələbələrlə dolu bir yoldur.

Millət vəkili vurğulayıb ki, qızıl 10 il ərzində ölkəmizdə elə bir sahə yoxdur ki, inkişaf etməsin: "Bu müddət ərzində ölkə əhalisinin böyük əksəriyyətinin maddi rifah halı yaxşılaşdırılıb, ölkə iqtisadiyyatında böyük uğurlar əldə olunub. Bu illər ərzində əldə olunan nailiyyətlərdən danışdıqda neft və qeyri neft sənayesində əldə edilən böyük uğurları qeyd etməmək mümkün deyil. Bütün bunlar Azərbaycanın əbədiyyətə gedən yolunda atılan mühüm addımlar, uğurlardır. Bu gün Azərbaycan vətəndaşı özünü müstəqil dövlətin vətəndaşı hesab edir. Hər bir azərbaycanlı özünü dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşları ilə müqayisə edir və qurur hissi ilə deyir ki, mən azərbaycanlıyam. Bu uğurların hər birinin kökündə Prezident İlham Əliyevin yorulmadan gördüyü uğurlu işlər dayanır. Ölkə başçısı İlham Əliyevin beynəlxalq aləmdə də nüfuzu yüksəkdir. Prezident İlham Əliyev müasir dövrümüzdə dünya dövətlərinin rəhbərləri içərisində ən öndə duran şəxsiyyətlərdən, xalqına, millətinə, ölkəsinə sədaqəli dövlət başçılarından biridir. Ölkə başçımız eyni zamanda yorulmadan müqəddəs bir ihtiva, amal uğrunda fəaliyyət götərən bir şəxsiyyətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə