Həsən Kərimov: “Gülağa Aslanlı AXCP-Müsavat arasına düşmənçilik toxumu səpmək istəyir”

Həsən Kərimov: “Gülağa Aslanlı AXCP-Müsavat arasına düşmənçilik toxumu səpmək istəyir”

"Gülağa Aslanlının bu cür fikirlər söyləməsi təssüf yaradır. O, bu iki partiya arasına düşmənçilik toxumu səpmək istəyir". Bu fikirləri SİA-ya açıqlamasında AXCP-nin sədr müavini Həsən Kərimov Müsavat başqanının müavini Gülağa Aslanlının mətbuata "AXCP-çilər şəxsi maraqlarına xidmət edir" açıqlamasına münasibət bildirərkən söyləyib.

Həsən Kərimov, həmçinin qeyd edib ki, Gülağa Aslanlı təmsil olunduğu partiyanın problemləri ilə məşğul olsa, daha yaxşı olardı: "Ona məsləhət görürəm ki, bu cür açıqlamalar verməkdənsə, öz partiyasının problemləri ilə məşğul olsun".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə