“Diva International” jurnalı Azərbaycan haqqında məqalə dərc edib
Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Murad Nəcəfbəylinin İsveçrənin nüfuzlu "Diva International" jurnalının dekabr nömrəsində müsahibəsi dərc edilib.
M.Nəcəfbəyli Ümummilli lider Heydər Əliyevin səyləri və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına diqqəti cəlb edən səfir M.Nəcəfbəyli bu baxımdan "TAP" və "TANAP" layihələrinin önəmindən bəhs edib.
Beynəlxalq miqyasda Azərbaycanın donor ölkə qismində əhəmiyyətinin artdığını vurğulayan daimi nümayəndə bu xüsusda hökumətin fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Diplomat Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin salındığını bildirib. M.Nəcəfbəyli regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyması və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB