Ermənistan nazirindən sensasion açıqlama: “Rusiya dələduzdur”

Ermənistan nazirindən sensasion açıqlama: “Rusiya dələduzdur”

Ötən gün Ermənistan Parlamentində energetika naziri Armen Movsisyan Rusiyanı dələduzluqda ittiham edib. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir.

Onun açıqlamasına əsasən Rusiya beynəlxalq dələduzluqla məşğuldur və o öz yalanları ilə 300 milyon dolları Ermənitanın ayağına yazıb.

Nazir çıxışı zamanı qeyd edib ki, Rusiya 20% səhmi əldə etməkdən ötrü 300 milyon dollar borcla bağlı əməlli-başlı ssenari yazıb: "Rusiya çoxdan "Armrosqazprom"un 20% səhmlərinə göz qoymuşdu. O, Ermənistanda qazpaylayıcı sisteminin vahid sahibi oldu. Rusiya səhmlərin 100%-ni əldə etməklə başqa ölkələrdən Ermənistana qaz nəqlini, həm də regional tranzit layihələrini dayandırmaq imkanı əldə etdi. Əgər ki, Erməistanın 300 milyon dollar borcu həqiqətən olsaydı, inanın ki, Rusiya bunu mütləq bizdən verməyimizi tələb edərdi. Heç bir borc yox idi. Sadəcə Rusiyanın dələduzluğu ilə meydana çıxmış yalan var idi. Həmin yalana da ancaq ermənilər inandılar".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə