“EI” Hərəkatından Müsavata XƏRƏDARLIQ

“Özünə hörmət edən Milli Şuranın qərarını tapdamaz”
“EI” Hərəkatından Müsavata XƏRƏDARLIQ
"Müsavat Partiyası ilə keçiriləcək görüşdə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla bağlı məsələ müzakirə mövzusu ola bilməz". SİA-nın məlumatına görə, bunu "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev təmsil olunduğu qurum ilə Müsavat Partiyasının bu gün keçiriləcək görüşünə münasibət bildirərkən deyib.

Hərəkat rəsmisi qeyd edib ki, artıq bu haqda qərar qəbul olunub və dəyişilməz olaraq da qalmalıdır: "Fəxri sədrlik məsələsinin müzakirəsi yalnız Milli Şuranın sessiyasında qaldırıla bilər. Ancaq "El" Hərəkatı bunu yolverilməz sayır. Özünə hörmət edən Milli Şuranın qərarını tapdamaz".

Eldəniz Quliyev eyni zamanda, Müsavat tərəfinin qeyri-səmimi davrandığını da bildirib: "Müsavat Partiyasının keçirdiyi görüşlərdə real siyasi güc saydıqları bəzi partiyalarla müttəfiqlik mövzusunda söhbət edirlər. Digər Hərəkat və qurumlarla görüşlərdə isə strateji, funksional əməkdaşlıq məsələsinə prioritet verirlər. Bunu nə ilə əsaslandırırlar, niyə bu müzakirələr Milli Şurada yox, kənarda olur? Yəqin ki, bizimlə görüşdə bunlar da bilinəcək".

Xatırladaq ki, Milli Şuranın sonuncu sessiyasında Müsavat Partiyası Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə rəsmi etirazını bildirərək, müəyyən şərtlərini irəli sürmüşdü. Müsavat yetkililəri Milli Şuradan istefa verəcəklərini də istisna etmirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня