Niyaməddin Orduxanlı: “QHT-lər aldıqları qrantların mənbəyini göstərməli, onların haraya və necə xərcləndiyi barədə hesabat verməlidirlər”
"Anar Məmmədlinin həbsi məsələsi müxalifət ekspertlərinin deyil, hüquq mühafizə orqanlarının işləridir. Hər halda istintaqdan sonra yekun rəy bildiriləcək". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda bir çox QHT-lər var ki, dövlətin milli maraqlarını sevməyən, daim dövlətimizə qarşı zidd fikirlər səsləndirən xarici təşkilatlardan maliyyələşirlər. Onlar bütün hallarda belə siyasiləşmiş QHT-dən istifadə edirlər: "Bu baxımdan, QHT-lər aldıqları qrantların mənbəyini göstərməli, onların haraya və necə xərcləndiyi barədə hesabat verməlidirlər. Əks halda bu cür hallarla qarşılaşa bilərlər".
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB