İran səfiri: “Bu gün sərhəddə yaranan problemlərlə bağlı anlaşma memorandumu imzalana bilər”
"İranla Naxçıvan arasında dəmir yol xəttinin tikinti layihəsi ilkin araşdırmalar səviyyəsindədir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
Səfir bildirib ki, İran hazırda diqqəti Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi üzərində mərkəzləşdirib və bu məsələni sona çatdırmaq niyyətindədir.
Sərhəddə yaranan problemlərə toxunan səfir bildirib ki, problemlərin aradan qaldırılması üçün iki ölkənin sərhəd komissiyaları və XİN-in idarə rəisləri səviyyəsində müzakirələr aparılır: "Bu günün sonuna qədər bu müzakirələr davam edəcək. Gözlənilir ki, anlaşma memorandumu imzalansın. Bütün sərhəd məsələləri həmin sənəddə öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB