Qırğızıstan Gömrük İttifaqına üzvlükdən rəsmən imtina etdi. Bu haqda SİA "MİR" televiziyasına istinadən xəbər verir. Belə ki, sözügedən bəyanatla Qırğızıstan prezidenti Almazbek Atambayev "MDB dövlətlərinin iqtisadi inteqrasiyası" mövzusunda keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Dövlət başçısının sözlərinə görə, Qırğızıstanın Gömrük İttifaqına üzvlüyü yalnız milli maraqlar çərçivəsində mümkündür. Dövlətin maraqları nəzərə alınmadığı təqdirdə Gömrük İttifaqına üzvlüyü qəbul etməyəcəyik.
Dövlət başçısı xaricdə qırğız miqrantlara qarşı millətçilik məsələsinə də toxunaraq öz münasibətini bildirib: "Millətçilik Rusiya üçün təhlükədir. "Rusiya ruslar üçündür" şüarı isə ölkəni xırda hissələrə ayırmağa malikdir".
Qırğızıstanın davamlı iqtisadi inkişafına da aydınlıq gətirən ölkə başçısı 2017-ci il üçün strateji hazırlığın aparıldığını qeyd edib.
Prezident onu da əlavə edib ki, 2017 ci ildə ölkə demokratik dövlət kimi özünü təsdiq edəcək. Eyni zamanda, ölkədə yaşayış səviyyəsi daha yüksək nəticələr göstərəcək.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB