"Dünən baş tutan müxalifətin mitinqinə maksimum insan yığılmışdı. Halbuki, aksiyaya daha çox insanın qatılacağını gözləyirdim, lakin bu baş tutmadı. Belə ki, mitinqə heç 500 nəfərə yaxın insan da gəlmədi. Bu da onların bir daha rüsvay olmasına səbəb oldu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə "Milli Şura"nın dünən keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əvvəlcədən hər kəsə məlum idi ki, bu aksiya da digərləri kimi uğursuz olacaq və "Milli Şura yenə də şou göstərməklə məşğul olaraq, özünü bir daha bərbad vəziyyətə saldı: "Bu gün Azərbaycanda müxalifətin çoxsaylı insanları toplayıb mitinq keçirməsi real deyil. Ölkənin siyasi iqtisadi uğurları göz qabağındadır. Bununla yanaşı, Prezident İlham Əliyev milli maraqlarımıza xidmət edən siyasəti də hər kəsə bəllidir. Buna görə də hesab edirəm ki, müxalifət dünənki mitinqi keçirməməli idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB