Təxminən 600 nəfərin iştirak etdiyi Milli Şuranın mitinqi gec başladı, vaxtından da əvvəl bitdi
Bu gün Milli Şura "Məhsul" stadionunda razılaşdırılmış mitinqini keçirib.
SİA-nın əməkdaşının mitinqin keçirildiyi məkandan verdiyi məlumata görə, mitinq insanların azlığı üzündən vaxtından gec başlayıb.
Eyni zamanda, "El" hərəkatının ümumiyyətlə iştirak etmədiyi mitinqdə təxminən 600 nəfər olub.
Mitinq iştirakçıları həmçinin, əvvəlcədən razılaşdırılmış şüarları da səsləndirməyiblər. Onlar daha çox müxalifətin keçmiş mitinqlərindəki şüarlara üstünlük veriblər.
Qeyd edək ki, iştirakçılar tez dağılışdığından mitinq vaxtından 1 saat əvvəl başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB