Politoloq: “Ukrayna Gömrük İttifaqına daxil olmayacaq”

Politoloq: “Ukrayna Gömrük İttifaqına daxil olmayacaq”

"Ukrayna Gömrük İttifaqına daxil olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Onun sözlərinə görə, Ukraynanın bu addımı birmənalı olaraq post Sovet dövlətlərinin xeyrinə işləyəcək: "Mütləq surətdə hadisələrin gedişatı da bunu göstərir ki, Ukrayna Avropa İttifaqına üzvlüyü qəbul edəcək. Rusiya artıq heç bir şey etmək iqtidarında deyil. Nə olmalı idisə, oldu. Rusiya Ukraynaya daha artıq təzyiq göstərə bilməz".

Qeyd edək ki, ukraynalı analitiklər də bu ölkənin Gömrük İttifaqına üzvlüyünün imkansızlığı barədə fikir bildirməkdədirlər.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə