Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib YENİLƏNİB (FOTO)

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib YENİLƏNİB (FOTO)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi Ümummilli Lider Heydər Əliyevin nanım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib.

Tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Zahid Oruc, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ombudsman Elmira Süleymanova, Konorejissor Aydın Kazımzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, mədəniyyətiyyət xadimləri, nazirlik nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə Ümummilli Lider bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə bildirib ki, Ümummilli Lider haqqında söz demək çox şərəfli və məsuliyyətlidir. Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açan A. Kazımzadə vurğulayıb ki, Ümummilli Lider Azərbaycan kinosunun təşəbbüskarı olub: "Mən 50 illik fəaliyyətim zamanı Ulu öndərin kino fəaliyyətini izləmişəm. Bu o demək deyil ki, Ulu Öndər kino çəkib. Xeyr, sadəcə Ulu Öndərin bir əli kino sənətinin üzərində olub və bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Mən onun bu sahə ilə bağlı gördüyü işləri bir yerə toplayaraq öz istəyimlə "Heydər Əliyev Kinomotoqraf" adlı kitab çap etdirmişəm. Ümummilli Lider SSRİ kinomotoqrafiyasının inkişafında xüsusi xidmətlərə malikdir. Azərbaycanla bağlı Ulu Öndərin gördüyü işlər isə əvəzsizdir".

Daha sonra tədbirdə çıxış edən İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Ulu Öndərin xalqımızın, vətənimizin tarixində göstərdiyi xidmətlərdən danışıb.

Tədbirdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı isə Ümummilli Lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğısından söz açıb. O deyib ki, ilk dəfə Yazıçılar Birliyinin Qurultayında Azərbaycan dilində danışan məhz Ümummilli Lider olub.

Tədbirin davamında söz alan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Ulu Öndərin mətbuatın inkişafındakı xidmətlərindən danışıb. O vurğulayıb ki, Ulu Öndərin 1998-ci ildə senzuranı ləğv etməsi mətbuatın inkişafına verdiyi ən böyük töhfə olub.

Daha sonra tədbirdə, Ümummilli Liderə həsr edilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidmətləri İdarəsi tərəfindən hazırlanan film nümayiş etdirilib. Filmdə Ulu Öndərin rəhbərlik etdiyi illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində misilsiz xidmətlər göstərməsindən, tarixən zəngin olan mədəniyyətimizin yüksəlməsində əvəzedilməz rolundan bəhs edilir. Filmin ssenarisi Gültəkin Nərimandır.

Bütün xəbərlər Facebook səhifəmizdə