Baş nazirin müavini: “Ulu Öndərin xalqa müraciətinə siyasi sənəd statusu verilməlidir”
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diqqətə çatdırıb ki, 12 dekabr 2003-cü il Azərbaycan üçün həm faciəvi, həm də təhlükəli tarix idi: "Ulu öndər Heydər Əliyevin doğum günü - 10 may sevinc günüdürsə, onun vəfatı günü - 12 dekabr bizim üçün faciəvi gündür. Biz o günədək hesab edirdik ki, Heydər Əliyev yalnız Azərbaycan xalqına məxsusdur. Lakin həmin gün gördük ki, o, bütün dünyaya məxsusdur".
Ə.Həsənov deyib ki, o zaman Azaərbaycanın iqtisadi imkanları çox aşağı idi: "Ancaq Ulu Öndər Heydər Əliyev bütün imkanları və Neft Fonduna daxil olan ilk gəliri ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəltdi".
Baş nazirin müavini vurğulayıb ki, son 10 il ərzində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiaqmətində görülən işlərin dünyada anoloqu yoxdur: "Bunu beynəlxalq təşkilatlar, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş deyir. Azərbaycan prezidentinin, dövlətinin öz qaçqınları üçün gördüyü işlər dünyanın heç bir konfiliktli zonalarında anoloqu yoxdur".
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətindəki tövsiyyələrinin hər birini son 10 il ərzində icra edib: "Bu müraciəti diqqətlkə araşdırdıqdan sonra belə qəırara gəlmişəm ki, bu adi bir müraciət deyil. Bu Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın çox uzaq bir prespektivə müəyyənləşdirdiyi proqramdır. Hesab edirəm ki, Prezident İlham Əliyevi 10 il ərzində gördüyü işlərin göstəricilərini Ulu Öndərin xalqa müraciəti ilə müqayisə etsək bu tam hiss olunur və görülür ki, ölkə başçısı qəbul etdiyi bütün dövlət proqramlarını həmin müraciət əsasında qəbul edib. Ona görə də bu sənədi müraciət adlandırmaq düzgün deyil. Hesab edirəm ki, bu müraciətə siyasi status verilməlidir. Çünki həmin müraciət Azərbaycanı son 10 ildə bütün bəlalardan qurtarıb, Bu müraciət ölkəmizi dünyanın tanınmış dövlətlərindən birinə çevirib, Azərbaycanın dünyaya inteqrasiyasını təmin edib, millətimizi dünyada layiqli bir yerə çıxarıb. Bu sənədin icrası qarşısında Prezident İlham Əliyev dünyanın 155 dövlətinin etibarını qazanıb və bu gün dünya Azərbaycanla hesablaşır. Azərbaycansız nəinki regionda, hətta dünyada heç bir layihə icra olunmur. Bu da ən böyük nailiyyətlərdən biridir".
Daha sonra tədbirdə iştirak edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar oxuyublar.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maketə baxış keçirilib.
Daha sonra Azərbaycan və ingilis dillərində nəşr olunmuş "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabının təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB