Müsavat konkret addımlar atacağını gizlətmədi

Gülağa Aslanlı: “Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə şəxsən mən səs vermədim”

Milli Şuranın dünən keçirilən qalmaqallı sessiyasından sonra Müsavat Partiyası daha öncə atdığı addımlarını korrektə edəcəyini bəyan edib.

Bu barədə SİA-ya açıqlama verən Müsavat Partiyası başqanınn müavini Gülağa Aslanlı qeyd edib ki, Rüstəm İbrahimbəyovun "fəxri sədr" postuna seçilməsinin əleyhinə olub və o, da digər müsavatçılar kimi səsvermədə iştirak etməyib: "Rüstəm İbrahimbəyovun "fəxri sədr" seçilməsinə şəxsən mən səs vermədim".

Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da mətbuata açıqlamasında Müsavat Partiyasına qarşı kobud müdaxilələrin olduğunu iddia edib. Gülağa Aslanlı Arif Hacılının dedikləri ilə razı olduğunu və partiyanın yaxın günlərdə Milli Şura ilə bağlı qəti qərar verəcəyini bildirdi: "Arif Hacılının dedikləri ilə razıyam. Yaxın günlərdə qərarımızı ictimailəşdirəcəyik".

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...