Asəf Quliyev: “Mən nə düşünürdümsə onlara dedim...”

Asəf Quliyev: “Mən nə düşünürdümsə onlara dedim...”

"Mən nə düşünürdümsə, onlara dedim və əlavə cavab vermək niyyətində deyiləm". Bu sözləri AXCP-nin keçmiş sədr müavini, Milli Şuranın mitinq komitəsinin keçmiş rəhbəri Asəf Quliyev ötən gün mətbuat konfransında irəli sürdüyü ittihamlarla bağlı SİA-ya verdiyi eksklüziv açıqlamasında bildirib.

O deyib ki, Rauf Arifoğlu, Arif Hacılı və Pənah Hüseyin haqqında nə düşünürdümsə ötən günkü, mətbuat konfransında deyib: "Daha heç bir şərh verməyəcəm".

Daha sonra keçmiş sədr müaini AXCP-nin hazırki sədr müavinləri Gözəl Bayramlı və Həsən Kərimovun onu yalan danışmaqda ittiham etmələrinə də münasibət bildirdi: "Mən hər kəsə nə demək lazım idisə, ötən gün dedim. Mən 2011-ci ildə AXCP-nin seçkilərə tək qatılması təklifini vermişdim. İndi kim nə deyirsə mən hər kəsə cavab vermək niyyətində deyiləm. Bu onların öz fikirləridir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə