Azərbaycanın Avropaya yaxınılamasının yeni bir mərhələsi başlanır

Azərbaycanın Avropaya yaxınılamasının yeni bir mərhələsi başlanır

SİA-nın xarici mətbuata istinadən əldə etdiyi məlumata görə, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı. Bu isə təkcə şengen vizasının alınmasının sadələşdirilməsi baxımından yox, həmçinin, Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması baxımdan da olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu addım gələn ildən etibarən qüvvəyə minəcək. Belə ki, sözügedən anlaşma sayəsində Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanları sadələşəcək. Bununla yanaşı, razılaşma Azərbaycan ilə Avropa Birliyi arasında aparılan assosiativ müqavilənin gələcəkdə reallaşdırılması baxımdan çox effektlidir.

Anlaşmanın əsas məqsədi Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaqların daha sadə və asan mexanizmlər ilə viza almasını özündə ehtiva edr. Anlaşmaya əsasən konkret məqsədlər uzunmüddətli vizalarla şengen ölkəsində qalmaq müddətini 2 dəfə artıracaq. Yəni, əvvəllər səfirliklər şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, bundan sonra 5 ilədək uzadılacaq. Şengen vizasının rəsmilləşdirilməsi üçün tələb edilən viza haqqı isə 60 avrodan 35 avroya endiriləcək.

Anlaşmanın digər bir mühüm cəhəti isə odur ki, müəyyən kateqoriyada olan Azərbaycan vətəndaşları üçün şengen vizaları pulsuz olacaq. Bu kateqoriya 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, şengen ölkəsində yaşayanların yaxın qohumları, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr və s. daxildir. Həmçinin, vizaların verilməsi üçün tələb edilən müddət də 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalardan olanlar üçün isə bu müddət cəmi 2 gün olacaq. Anlaşmaya əsasən viza alınması üçün tələb edilən sənədlərin sayı da kəskin azalacaq. Bu anlaşmanın ən önəmli tərəfi odur ki, Azərbaycanın Avropaya yaxınılamasının yeni bir mərhələsi başlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə