Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şirvan şəhərində Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların gömrükdə üzləşdiyi problemlərlə əlaqədar şikayətlər, işə qəbul və gömrük prosedurlarına dair təkliflər komitə sədri tərəfindən dinlənilib. Bəzi məsələlərin yerində həll olunması, digər məsələlərin isə aidiyyatı qurumlara göndərilməsi üçün komitə sədri tərəfindən göstərişlər verilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB