Rəsul Quliyev İsa Qəmbəri yenidən təhqir etdi

Rəsul Quliyev İsa Qəmbəri yenidən təhqir etdi

Rəsul Quliyev Müsavat partyası rəhbərliyini yenə də təhqir edib. Onları fırıldaqçı, dələduz, partiyanın inkişafına xələl gətirən insanlar adlandıran R.Quliyev bu partiyanın tezliklə təmamilə dağılacağını bildirib. İsa Qəmbərin, Arif Hacılının şou göstərdiklərini deyən Quliyev, Müsavat partiyasının qurultay keçirməsinə və bu prosesin gecikməsinə iztehza ilə yanaşdığını bir daha göstərmiş olub.

Adının açıqlanmasını istəməyən Müsavat partiyası üzvünün SİA-ya verdiyi məlumata əsasən, Müsavat başqanı partiyanın iclasında R.Quliyevi söyüb, təhqir edib və bildirib ki, onun haqqında inanılmaz faktları mətbuata açıqlayacaq.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə