Mübariz Qurbanlı: "Bu danışıqların real nəticə verməsini istəyirik"

Mübariz Qurbanlı: "Bu danışıqların real nəticə verməsini istəyirik"

Azərbaycanla Ermənistan arasında danışıqların indiki mərhələdə davamı üçün gündəliyin müəyyən edilməsinə böyük ehtiyac var". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə danışarkən deyib.

YAP icra katibinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüşün baş tutması müsbət haldır: "Həmin görüşün baş tutması da həmsədr ölkələr tərəfindən məxsusi olaraq qeyd edildi və təqdir olundu. Bəzi məsələləri müzakirə etmək, gələcək görüşlərin cədvəlini müəyyənləşdirmək və gələcək görüşlərdə müzakirə olunacaq konkret məsələri dəqiqləşdirmək üçün xarici işlər nazirlərinin görüşünə böyük ehtiyac var. Ona görə də hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə bu detalları müzakirə edərək gələcəkdə yüksək səviyyəli görüşlər üçün zəmin hazırlanacaq. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Biz bu danışıqlara yalnız danışıqlar xətrinə getmirik. Bu danışıqların real nəticə verməsini istəyirik. Azərbaycan prezidenti də mövqeyimizi açıq və birmənalı şəkildə ifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə