Elman Nəsirli: “A.Herkel və A.Qrossun seçki prosesinə ənənəvi kölgəsalma ritorikası tam iflasa uğradı”

Elman Nəsirli: “A.Herkel və A.Qrossun seçki prosesinə ənənəvi kölgəsalma ritorikası tam iflasa uğradı”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsi noyabrın 22-də Vyanada keçirilən iclasında Azərbaycanda 9 oktyabr tarixində keçirilən prezident seçkiləri ilə bağlı qurumun seçki missiyasının mövqeyini əks etdirən obyektiv hesabatı təsdiq etdi. Hesabatı Böyük Britaniyadan olan deputat Robert Volter hazırlayıb. Hesabatın ayrı-ayrı bəndləri kifayət qədər geniş ve ciddi müzakirələr predmetinə çevrilib. Deputaların mütləq əksəriyyəti seçkiöncəsi vəziyətin və seçki prosesinin demokratik tələblərə cavab verdiyini vurğulayıb və Azərbaycanda keçirilən prezident seçkilərini demokratiya yolunda mühüm addım kimi dəyərləndirib.

Mövzu ilə bağlı SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib ki, bununla da A.Herkel və A.Qrossun seçki prosesinə ənənəvi kölgəsalma ritorikası tam iflasa uğradı: "Şübhəsiz ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri olan Pedro Aqramuntun seçki prosesini yaxından izlədiyi və onun şəffaf və demokratik keçdiyi ilə bağlı arqumentli çıxışı qurum çərçivəsində ümümi mövqeyin formalaşmasında əsaslı rollardan birini oynayıb. Azərbaycan üzrə digər həmməruzəçi Jozef Debano Qrexin seçki prosesinin nəticələri ilə bağlı mövqeyi xüsusi orijinallığı ilə seçilib. Onun "biz Avropa Şurası olaraq indiyə kimi Azərbaycanda gördüyümüz işlərlə qürur duymalıyıq, çünki Azərbaycanın Avropa Şurasına 10 ildən çox üzvlüyü ərzində təşkilatın, keçmiş və hazırkı həmməruzəçilərin yardımı ilə apardığımız dialoq vasitəsilə Azərbaycanı Avropa Şurasının dəyərlərinə yaxınlaşdıra bildik. Mən Azərbaycanda çox olmuşam, üç seçki görmüşəm və deyə bilərəm ki, bu sonuncu seçkilər əvvəlkilərindən qat-qat yaxşı keçirilib" fikirləri təqdirəlayiqdir".

Politoloq onu da qeyd edib ki, Avropanın siyası arxitekturasında xüsusi çəkisi və mövqeyi olan bir təşkilatın - AŞPA-nın Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı real vəziyyəti əks etdirən obyektiv qərarı təkcə ikitərəfli əlaqələrin daha da inkişafı siyasətinə deyil, həm də bu gün beynəlxalq siyasətdə müşayiət olunan etimadsızlıq mühitinin aradan qaldırması mənafeyinə xidmət göstərir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə