Ermənistan ictimaiyyəti ölkənin Gİ-yə qoşulmasını qəbul etmir

Ermənistan ictimaiyyəti ölkənin Gİ-yə qoşulmasını qəbul etmir

Erməni Şərabçıları İttifaqının sədri Avaq Arutyunyanın fikrincə, erməni şərabçılığında keyfiyyət dəyişikliklərin olması Ermənistanın hərtərəfli azad ticarət haqqında razılaşmanın imzalamasından asılıdır. Bu haqda SİA Ermənistanın "Jamanak" qəzetinə istinadən yazır.

Nəşr yazır ki, şərabçılığın dəyərləri Avropa sistemi ilə başqa, Rusiya sistemi ilə isə tamam ayrı şərabçılıq mexanizmləri əsasında mövcuddur. Əgər Ermənistan Avropa dəyərlərinin dalınca getsəydi, ermənilər əlbəttə ki, şərablarının keyfiyyətini qaldıraraq Qərb standartları üzrə istiqamət alardı: "Ermənistan Vahid Gömrük Şurasına birləşdiyi halda isə əksinə, İttifaq ölkələrinə şərabın və ixracın istehsalında sabit artm olacaq, amma keyfiyyətli inkişaf olmayacaq. Əgər Vahid Gömrük Şurasında erməni şərabı tanınsa belə, Avropa onu qəbul etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə