Elman Nəsirli: “Belarus və Azərbaycanın birgə layihələri təqdirəlayiqdir” MÜSAHİBƏ
Müsahibimiz Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirlidir.
- Belarus-Azərbaycan əlaqələrinin inkişaf prespektivləri barədə fikirlərinizi bilmək istərdik. Və əməkdaşlığın daha hansı isiqaməti müəyyənləşə bilər?
- Belarus və Azərbaycan arasında sıx əlaqələr mövcuddur və bu əlaqələr strateji əməkdaşlıq xarakterinə malikdir. Ümumilikdə biz fundamental məsələlərdə ortaq mövqedən çıxış edirik, bir-birimizi müdafiə kursunu həyata keçiririk və bu strateji müttəfiqlik həm siyasi, həm iqtisadi, həm beynəlxalq, həm də digər sferalarda özünü əks etdirir. İkitərəfli əməkdaşlıq proqramı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. 21 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici ölkələrdəki diplomatik korpus rəhbərləri ilə keçirdiyi sayca 4-cü müşavirəsində "ikitərəfli münasibətlər formatı" tezisini irəli sürüb. Belə ki, ikitərəfli əməkdaşlıq yüksək səviyyədə olanda çoxtərəfli münasibətlərin inkişafına gətirib çıxarır. Belarus və Azərbaycan prezidentləri dostdurlar. İki dövlətin prezidentləri dost olduqda o dövlətin xalqlarının da dost olmaları üçün unikal imkanlar yaranır. Hesab edirəm ki, 1993-cü ildə təməli qoyulan Belarus-Azərbaycan diplomatik əlaqələri xüsusilə 2006-cı ildə prezident İlham Əliyevin Belarusa ilk rəsmi səfərindən sonra iki ölkə arasındakı dostluq əlaqələri yeni mərhələ keçid aldı və daha da möhkəmləndi. Belarusun Avropa İttifaqına üzvlüyü zamanı məhz Azərbaycan Belarusa dəstək çıxmışdı. Belarus prezidentinin Azərbaycana bu dəfəki gəlişi xüsusilə iqtisadi sahədə reallaşmaqda olan layihələr və açılışı olan birgə müəssələrin istiadəyə verilməsi, birgə istehsalat sahəsində atılan addımlarla yadda qalır. Bu baxmdan, Gəncə avtomobil zavodunda Belarus və Azərbaycanın birgə istehsalat layihələri böyük və təqdirəlayiq haldır. Belarus prezidenti bu Azərbaycana dəfəki səfəri zamanı Azərbaycanın tanınmaz dərəcədə dəyişildiyini və olduqca inkişaf etdiyini bildirmişdi. Bu da bizim üçün olduqca xoş haldır.
- Azərbaycan Gömrük İttifaqına girərsə nəyi itirə bilər?
- Azərbaycan yalnız milli maraqlarımıza xidmət edən inteqrasiya siyasəti yürüdür. Xüsusilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycan xalqının maraqlarından çıxış edir, milli maraqlarımıza xəll gətirən addımlara qəti şəkildə yol vermir. Əslində biz Gömrük İttifaqında iştirak edə bilərik. Lakin bir neçə incə məqamlar var. Başlıca olaraq məsələnin mahiyyəti ondan ibarətdir ki, üzvlər arasında heç bir münaqişə, yaxud işğal məsələsi olmamalıdır. Bizim Gömrük İttifaqına üzv olmağımız isə o anlama gələr ki, biz Ermənistanla əməkdaşlıq etməliyik, ticari əlaqələrə girməliyik. Digər tərəfdən isə Azərbaycan Ermənistana qarşı təcrid və izolyasiya proqramını tətbiq etdiyi halda bu mümkün olmur. O üzdən əgər Ermənistan öz işğalçı siyasətindən əl çəkərsə və işğalçı tərəfi himayə edən tərəflərdə rəsmi İrəvanı buna məcbur edərlərsə, hesab edirəm ki, Azərbaycanın Gömrük İttifaqına üzv olması məsələsinə yenidən baxılması mümkündür.
- Rusiyanın "Cənubi Qafqaz layihəsi" regiona, o cümlədən Azərbaycana necə təsir göstərə bilər?
- Rusiyanın dövlət başçısı Vladimir Putin 2012-ci ildə Rusiyanın yeni xarici siyasət konsepsiyasını təsdiqlədi və həmin konsepsiyada ölkənin xarici siyasəti məyyənləşib. Orada maddələr çoxdur, lakin birinci yerdə MDB məkanı dayanır. Bu da keçmiş post sovet məkanıdır, hansı ki, Cənubi Qafqazı da əhatə edir. Beləliklə Rusiya bu konsepsiya ilə dünyaya belə bir ismarıc göndərib ki, yaxın ərazilərdə və xüsusən də MDB məkanında hegemon və monopolistdir və bu niyyətindən geri duran deyil. Bu mövqeni əsas götürərək qeyd etmək olar ki, Rusiya Cənubi Qafqaza öz ərazisi kimi baxır. Çünki Rusiyanın Cənubi Qafqazda xüsusi maraqları cəmləşib. Onu da qeyd etsək ki, Cənubi Qafqazın bir hissəsini Xəzəryanı bölgələr təşkil edir və neft-qaz potensialı ilə zəngin olması da Kremlin yürütdüyü siyasətdə başlıca faktordur. Bu səbəbdən də Rusiya Cənubi Qafqazda öz mövqeyini və nəzərdə tutduğu planı gerçəkləşdirmək baxımından ciddi addımlar atmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB