Yeni Azərbaycan Partiyası xalqın istəyi nəticəsində yaranan siyasi qüvvədir FOTOLAR
Noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı Talıstan və İvanovka ərazi ilk partiya təşkilatlarında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib.
SİA-ya verilən məlumata görə, tədbirləri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, regionda ən böyük siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası xalqın istəyi nəticəsində yaranan bir siyasi qüvvədir.
Sonra Talıstan kənd ərazi ilk partiya təşkilatının sədri Sihət Şirəliyev, partiya üzvləri Aydın Əzizov, İradə Nağıyeva, Xalid Mürşüdov, Gülnar Abduləzizova, İvanovka kənd ərazi ilk partiya təşkilatının sədri Jabina Olqa, Olqa Radayeva, Marina Prokofyeva və başqaları çıxış edərək qeyd ediblər ki, ümumxalq sevgisindən yaranan Yeni Azərbaycan Partiyası dövlətimizin inkişafı, çiçəklənməsi, xalqımızın haqq səsinin beynalxalq aləmdə səslənməsi naminə böyük işlər görür.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB