YAP Cəlilabad rayon təşkilatı 21 noyabr 2013-cü ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. SİA-ya verilən məlumata görə, tədbirdə partiyanın rayon təşkilatının şura və nəzarət təftiş qrupunun, qadınlar şurası və gənclər birliyinin üzvləri, partiya veteranları, bir qrup partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açmış, Yeni Azərbaycan Partiyasının 21 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığını bildirməklə, bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını və onların şəxsində partiyanın bütün üzvlərini təbrik edib.
Sonra o, partiyanın yarandığı tarixi şəraiti ətraflı xarakterizə edib, Azərbaycan ziyalılarının təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində yaranmış Yeni Azərbaycan Partiyasının keçdiyi yolu, qısa müddətdə təşkilatlandığını və güclü siyasi qüvvəyə çevrildiyini, yaranışından 7 aya yaxın bir müddətdə iqdidar partiyasına çevrilməsi məsələlərini, hazırda partiya üzvlərinin sayının 600 min nəfərdən artıq olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rayon təşkilatının sədri cənab Mirsüleyman Mirxaslı 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərinə hazırlıq və onun keçirilməsi dövründə YAP üzvlərinin fəal siyasi iş apardılqarını xüsusi vurğulamaqla, seçkilərdə partiyanın sədri cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə qalib gəldiyini və yenidən ölkəmizin prezidenti seçilməsini fəxrlə vurğulayıb. Qeyd edib ki, bu qələbədə rayon təşkilatının qeydiyyatında duran partiya üzvlərimizin, o cümlədən bugünkü tədbirimizdə iştirak edən partiya fəallarımızın da əməyi xüsusi qeyd olunmalıdır.
Tədbirdə çıxış edən YAP rayon təşkilatı sədrinin müavini Hafiz Cavadov, rayon təşkilatı qadınlar şurasının sədri Fərqanə Məmmədova, şura üzvləri Böyükxan Bağırov, Əliheydər Əsədov, Cahangir Muradov və başqaları YAP üzvü olduqlarından qürur duyduqlarını, bundan sonra da ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İ.Əliyevi dəstəkləyəcəklərini, bütün siyasi proseslərdə fəal iştirak edəcəklərini bildiriblər, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdilər və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıblar.
Bir qrup fəal YAP üzvlərinə rayon təşkilatının fəxri fərmanları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB