Partiya sədri radikal müxalifətin “xarici ölkə turnesinə” münasibət bildirdi
"Azərbaycanda radikal müxalifətdə olan qüvvələrə diqqət çox aşağı səviyyədədir. 90-cı illərdə ölkəmizə gələn xarici nümayəndələr ara-sıra müxalifət "liderləri" ilə də görüşürdülər. Ancaq son illər onların müxalifətə marağı xeyli azalıb". Bunu SİA-ya "Yurddaş" Partiyasının sədri Mais Səfərli radikal müxalifət nümayəndələrinin xarici ölkələrə uğursuz səfərləri və orada laqeyd qarşılanmalarına münasibət bildirərkən deyib.
Partiya sədri bildirib ki, radikal müxalifət qüvvələri cəmiyyətdə dəstəkdən məhrumdur: "Azərbaycanda və xarici aləmdə radikal müxalifət ciddi siyasi qüvvə hesab olunmur. Buna səbəb onların Azərbaycan cəmiyyətindən dəstək ala bilməməsi, ardıcıl seçkilərdə məğlub olmalarıdır. Ona görə də xarici ölkələrə gedərkən belə münasibətlə qarşılaşırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB