Mübariz Əhmədoğlu: “33 dəqiqəlik zaman çərçivəsində keçirilən danışıqlar bir nəticə verməyəcək”
"ABŞ dövlət katibi C.Kerri Serj Sarkisyanla danışıb və məlum olub ki, Serj Sarkisyanın telefon danışıqları ilə verdiyi bəyanatlar üst-üstə düşmür. Bu gün prezidentlərin görüşü cəmi 33 dəqiqəlik zaman çərçivəsində keçirilib. Bu zaman ərzində də məsələnin ümumi qoyuluşu ancaq müzakirə obyekti ola bilər. Çox güman ki, detallar müzakirə mövzusu olmayıb. Bu da danışıqların nəticəsiz olduğu anlamına gəlir". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan dövlət başçısı həngəlamələrdən sonra hayasızcasına yenə də danışıqlar masasına oturub: "Ermənistanın xarici işlər naziri E.Nalbanyanla Rusiyanın XİN rəhbəri S.Lavrovun keçirdikləri mətbuat konfransı zamanı Dağlıq Qarabağ probleminin tənzimlənməsinə dair bəyanat verdi. Bu bəyanat çaşdırıcı mövqe daşıyır. Ermənistanın prezidenti həmsədr ölkələrin 4 il əvvəl verdikləri bəyanatdan danışdığı halda, Elban Nalbandyan ötən günkü, mətbuat konfransında həmsədr ölkə başçılarının 5 il bundan əvvəl verdiyi bəyanat haqqında danışdı. Lakin beş il bundan əvvəl həmsədr ölkə başçıları heç bir bəyanat verməyib. Onlar yalnız 4 il bundan əvvəl müəyyən bəyanatlar səsləndiriblər. Bu görüş yenilənmiş Madrid prinsipləri əsasında düzənlənmiş və Kazan görüşü xarakteri daşıyan görüşdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB