"Azərbaycanla sərhədi birdən-birə bağlayıb Naxçıvanı blokadaya almaq və keçid məslələri üçün əlavə şərtlər tətbiq etmək siyasi xarakter daşıyır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseyinli bildirib.
"Düşünürəm ki, bu məsələdə Azərbaycanla Türkiyə arasında viza rejminin qısaldılması amili dayanıb. Görünür İran tərəfini hadisələrin bu cür cərəyan etməsi qane etmir və bu səbəbdən də bu cür atddımlar atır. Digər tərəfdən, burada Rusiya və Ermənistanın da müəyyən maraqlarının olmasını da istisna etmək olmaz. Naxçıvanı blokadada saxlamaq üçün Rusiya və Ermənistanın İranı bu işə sövq edə bilmələrini də istisna etmək olmaz. İranın bu hərəkəti isə nə müsəlmançılığa, nə qonşuluğa, nə də beynəlxalq əlaqələr baxımından düzdür. Mən İranın Azərbaycana qarşı bu cür hərəkətini qınayıram" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB