Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun mətbuata verdiyi sonuncu müsahibə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının etirazına səbəb olub. Facebook sosial şəbəkəsində Rüstəm İbrahimbəyova cavab yazan Arif Hacılı Milli Şura sədrini yanlış fikirdə olduğunu bildirib.
SİA-nın məlumatına görə, Hacılı İbrahmbəyovun "Milli Şura bu partiyaları dirilti" ifadəsinə cavab olaraq qeyd edib ki, Müsavat partiyası heç də ölü partiya deyil ki, dirilsin: "Siyasi fəaliyyət diqqətli və hətta qəzetçilərdən daha məlumatlı olmağı tələb edir ki, belə yanlışlıqlara yol verilməsin. Hörmətli Rüstəm müəllimin diqqətinə çatdırmaq zorundayam ki, biz ölü deyildik ki, kimsə bizi diriltsin. Elə Milli Şuranın əsasını da İctimai Palatada olanlar təşkil edir... Dostlarınız "Milli Şura Rüstəm İbrahimbəyova məxsusdur", - desələr də heç kəsə sirr deyil ki, liderləri haqqında həqarət etdiyiniz partiyalar dışında siyasi güc mərkəzi olan Milli Şura yoxdur".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB