Hikmət Babaoğlu: “Dövləti milli mətbuata bərabər miqdarda maliyyə yardımı göstərir”
"Azərbaycan dövləti milli mətbuatın bütün nümunələrinə bərabər miqdarda maliyyə yardımı göstərir. Bu yardım qəzetlərin ilkin, zəruri maddi tələbatlarının ödənilməsi səviyyəsindədir. Əlavə heç bir yerdən gəlir olmasa belə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən ayrılan maddi vəsaitlərlə gündəlik qəzet çıxarmaq mümkündür. Kimsə bu vəsaiti təyinatı üzrə istifadə etmirsə və yaxud başqa məqsədlərə yönəldirsə və qəzetin gündəlik nəşrində problem yaranırsa, bunun günahı qəzetin rəhbərliyindədir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Azadlıq" qəzeti rəhbərliyinin KİVDF-dən ayrılan vəsaitlərlə qəzetin çapının imkansız olduğuna dair fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
H.Babaoğlu bildirib ki, KİVDF-nin qəzetlər üçün elan etdiyi müsabiqənin qalibi kimi verilən vəsaitlərlə orta səviyyəli qəzetin çap xərclərini və kağız tələbatını qarşılamaq mümkündür. Ancaq burada başqa məsələlər var ki, bəzi mətbuat orqanları ayrılan vəsaitin onları qane etmədiyini iddia edirlər.
Baş redaktor əlavə edib ki, qəzet hər nə qədər kütləvi informasiya vasitəsi olsa da, bir o qədər də kommersiya vasitəsidir: "Bir qəzetin yayılması üçün ictimai tələbat varsa, bu qəzet digər vasitələrlə - oxucuların abunəliyi, qəzetin satışından əldə olunan vəsaitlərlə qəzetin maddı-texniki bazasını gücləndirə bilərlər. Bu hallar yoxdursa, deməli qəzetə oxucu tələbatı yoxdur. Hesab edirəm ki, belə olan təqdirdə qəzetlər dövləti ittiham etməkdənsə, öz fəaliyyətlərinə yenidən nəzər salmalı, yeni metodlar düşünməlidirlər ki, oxucu auditoriyası genişlənsin. Bundan əldə olunan gəlir vasitəsi ilə qəzetin həm keyfiyyətini, həm də tirajını yüksəldə bilsinlər. Görünən odur ki, "Azadlıq" qəzeti bunların heç birini edə bilmir, ona görə də ictimai populyarlığını günü-gündən itirir. Bununla belə, hesab edirəm ki, KİVDF tərəfindən ayrılan vəsaitlərdən səmərəli istifadə etməklə qəzeti saxlamaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB