Prezident İlham Əliyev finlandiyalı səfirin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev finlandiyalı səfirin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Krister Mikelssonun etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, səfir Krister Mikelsson fəxri qarovul dəstəsinin qarşısından keçib. Krister Mikelsson etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Xalqlarımız arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirib. Finlandiya Respublikasının Prezidentinin Azərbaycana, özünün isə Finlandiyaya səfərlərinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı Azərbaycan ilə Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğulayıb.

Səfir Krister Mikelsson ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan səfir əlaqələrimizin inkişaf etdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Finlandiyalı diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə