Elmar Məmmədov: Müxalifətçi gənclər bizim gənclərin ayaqqabılarını geyinə bilərlər...

Elmar Məmmədov: Müxalifətçi gənclər bizim gənclərin ayaqqabılarını geyinə bilərlər...

"Yeni Azərbaycan Partiyasının gəncləri hər zaman vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir". Bu sözləri YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov SİA-ya açıqlamasında bildirib.

YAP gənclərinin hər zaman yenilikçi olduğunu və bütün sahələrdə fəallıqla iştirak etdiyini deyən E.Məmmədov onu da qeyd edib ki, müxalifət gəncləri hal-hazırda Azərbaycan gəncliyinin mövqeyini əks etdirmirlər: "Onlar ölkədə aparılan islahatları, gedən inkişafı görmək belə istəmirlər. Müxalifət gəncləri ölkədə gedən inkişafı görməyəndən sonra hansı flaşmobdan danışırlar? Müxalifətçi gənclər YAP gənclərinin ayaqqabılarını geyinə bilərlər, amma yerişini yeriyə bilməzlər".

Yeni Azərbayacan Partiyasının gənclərinin keçirdiyi və keçirəcəyi flaşmobların dövlətimizin və dövlətçiliyimizin təbliği üçün edildiyini deyən sədr onu da qeyd edib ki, müxalifətin təşkil etməyə cəhd göstərdiyi və heç bir əsasi olmayan flaşmoblar yenə də cəmiyyətə heç bir mesaj verməyəcək və ictimaiyyət tərəfindən qəbul edilməyəcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə