Ülvi Quliyev: Azərbaycan və Türkiyə bütün sahələr üzrə dünyaya dost və qardaşlıq nümayiş etdirirlər
Cənab Prezident hər seçkidən sonra ilk səfərini qardaş Türkiyə dövlətinə edib. Bu dəfə də cənab Prezidentin ilk rəsmi səfəri Türkiyəyə dövlətinə oldu. Bu təsadüfi deyil. Çünki Azərbaycan və Türkiyə dövlətləri bütün sahələr üzrə dünyaya dost və qardaşlıq nümayiş etdirirlər.
Bunu SİA-ya açıqlamasında millət vəkili Ülvi Quliyev bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin bu səfərində də Azərbaycan və Türkiyə hökumətlərarası çox vacib sənədlər imzalandı: "Digər tərəfdən bütün dünya bir daha şahidi oldu ki, qardaş Türkiyə dövləti hər zaman bizə dəstəkdir. Hər iki dövlət arasındakı günbəgün inkişaf edən əlaqələr bu səfərdən sonra daha da genişlənəcək. Bu səfər göstərdi ki, Azərbaycan və Türkiyə dövlətləri bir-birilərinin maraqlarını bundan sonra da müdafiə edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB