Sədaqət Vəliyeva: “Konstitusiyanın qəbulu böyük inkişafa gətirib çıxardı”
1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk demokratik konstitusiyası cəmiyyətimizin və dövlətimizin həyatında demokratik dəyişikliklərə yol açıb, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatın bütün sahələrinin inkişafına təkan verib. Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
"Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Hazırlanmış konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən bu Konstitusiya 5 bölmədən, 12 fəsil və 158 maddədən ibarətdir" – deyən millət vəkili xüsusi olaraq, vurğulayıb ki, Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olundu.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB