Metropolitenin rəisi: “Axı nəyə görə, Sumqayıt şəhəri Bakıya birləşməlidir?” AÇIQLAMA
"2030-cu ildə Bakı Metropolitenində 73 stansiya və 119 kilometr tunelin inşası nəzərdə tutulur. Bu, başlıca olaraq Bakı Metropolitenin qarşısında qoyulan tapşırıqlardır. Ümidvaram ki, bu tapşırıqlar yerinə yetiriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Bakı Metropoliteninin yeni tikilən stansiyalarının ətrafında evlərin söküntüsü zamanı vətəndaşlara kompensasiyaların ödənməsi məsələsinə də aydınlıq gətirən Tağı Əhmədov deyib ki, hazırda bu iş onlarla razılaşdırılmış əsasda ödənilir: "Hətta sənədi olan-olmayan vətəndaşlara belə kompensasiya verilir. Bu, cənab Prezident İlham Əliyevin birmənalı olaraq tapşırığıdır. Kompensasiya kadastr tərəfindən ölçülür və daha sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyində bu məsələlərə qiymət qoyulur. Sonda isə kimə hansı miqdarda kompensasiya verilməsi ilə bağlı qərar Bakı Metropoliteninə təqdim olunur. Təbii ki, narazı qalan da olur. Ancaq sonda hər şey razılşadırılmış əsasda yoluna düşür".
Tağı Əhmədov Sumqayıt şəhərində metro tikintisi ilə bağlı suallara da aydınlıq gətirərək bildirib ki, ümumiyyətlə bu, iş planında belə deyil: "Sumqayıt tamam başqa bir şəhərdir. Axı nəyə görə, Sumqayıt şəhəri Bakıya birləşməlidir? Sumqayıtın özünün ayrı metrosu, rəisi, və işçisi olmalıdır. Hətta böyük şəhərlərdə - Gəncədə, Naxçıvanda da Metropoliten olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB