Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. SİA-nın məlumatına görə, 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün - metropolitenin tikintisi qərara alınıb. Hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır - "Həzi Aslanov", "Əhmədli", "Xalqlar dostluğu", "Neftçilər", "Qara Qarayev", "M.Əzizbəyov", "Ulduz", "Bakmil", "N.Nərimanov", "Gənclik", "C.Cabbarlı", "Xətai", "28 may", "Nizami", "Emlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" "Memar Əcəmi", "Sahil", "İçərişəhər", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül".
Bu stansityalardan 14-ü Ümummilli lider Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilib. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşıb. Məhz dövlətimizin başçısının 2006-cı ildə imzaladığı Sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.
Metropolitenin tərtib olunmuş konseptual inkişaf sxemi dövlət başçısının 18 mart 2011- ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunub. Həmin sərəncamla Bakı metropoliteninin 2011- 2015 illərdə inkişafına dair dövlət proqramı təsdiq olunduqdan sonra metro tikintisi daha da sürətləndirilib. Yeni layihələrdən isə Bakı metropoliteninin mövcud II xəttinin "H.Aslanov"- "Yeni Günəşli" sahəsinin tikintisi qeyd etmək olar. 2025-ci ilədək paytaxtdakı metro stansiyalarının 62-yə çatdırılması nəzərdə tutulur.
Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən 2030-cu ilədək metro stansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaq. Bütün bunlar bir daha deməyə əsas verir ki, Bakı Metropoliteni bundan sonra da paytaxt əhalisinə yüksək səviyyədə xidmət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB