Hikmət Babaoğlu: “İnsanlar Milli Şuranın Azərbaycanın ictimai-siyasi sisteminə yamaq olduğunu bilirlər”
"Azərbaycanın siyasi sistemi durmadan təkmilləşir, yeni keyfiyyət dəyişiklikləri baş verir, yeni siyasi sistem formalaşır. Əgər müasir beynəlxalq münasibətlər sisteminə, ölkədaxili siyasətə baxsaq, siyasətdə dinamizm və rasional yanaşmanın olmasının nə dərəcədə əhəmiyyətli olduğunun şahidi olarıq". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, informasiya cəmiyyətinin bərqarar olduğu bir zamanda heç bir siyasətçi sıradan çıxmış üsullarla uğur əldə edə bilməz: "Siyasi meydandakı hər bir şəxs intellekti, siyasi hadisələrə fərqli yanaşma tərzi ilə seçilir. Bununla yanaşı, həmin şəxslər siyasi prosesləri idarə edəcək əqli və idraki keyfiyyətləri də özündə birləşdirməlidir. Əgər bu gün Azərbaycanda ictimai-siyasi tələbat belədirsə, o zaman 90-cı illərin siyasi təfəkkürü ilə siyasətdə qalmaq mümkün deyil".
Politoloq onu da qeyd edib ki, hələ də radikal üsullarla ayrı-ayrı anti-Azərbaycançı mərkəzlərin sifarişi ilə ölkəmizdə siyasət həyata keçirmək istəyən qüvvələr var: "Bunların başında "Milli Şura" və orada təmsil olunan qüvvələr dayanır. Ona görə də, Azərbaycan xalqı həmin insanlara bu yanaşmanın yanlış olduğunu seçki prosesində bir daha başa saldı. Bir növ o insanları, dırnaqarası siyasətçiləri cəzlandıraraq, onlara səs vermədilər. Bugünkü intellektual Azərbaycan cəmiyyətinin siyasi tələblərini ödəmək üçün ümumi standartlardan bir addım öndə olmaq lazımdır. Radikal müxalifət düşərgəsində bu cür insanların olmaması həmin düşərgədən istefaları çoxaldır. İnsanlar "Milli Şura"nın Azərbaycanın ictimai-siyasi sisteminə yamaq olduğunu bilirlər, dərk edirlər. Buna görə də, bundan sonra da radikal müxalifət düşərgəsindən, "Milli Şura"dan davamlı istefaların şahidi olacağıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB