"Həmsədrlərin ədalətli mövqedən çıxış etmələri mümkün deyil" MÜNASİBƏT
"Bu ATƏT-in Minsk qrupunun növbəti əhəmiyyətsiz səfərlərdən biridir. O mənada ki, onlar Qarabağ probleminin həllində vasitəçi kimi iştirak etmələrinə iş yeri kimi baxırlar. Həmsədrlərin hər hansı ədalətli mövqedən çıxış etmələri mümkün deyil və bunu edə də bilməzlər. Onların bu səfərini konstruktiv təkliflərdən uzaq olan ənənəvi səfərlərdən biri kimi qiymətləndirirəm"
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib. Millət vəkili onu da əlavə edib ki, bu yaxınlarda ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri bəyanat verdi ki, tərəflər razılığa gəlsin. Adama sual verərlər ki, o zaman bəs sən nəyə lazımsan?
A.Şahverdiyev bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşə də münasibət bildirərək qeyd edib ki, Ermənistan tərəfi illərdir ki, ədalətli mövqedən, sülh danışıqlarından və konstruktiv mövqe nümayiş etdirməkdən məqsədli şəkildə qaçır: "Ermənistan rəhbərliyi yaxşı bilir ki, Azərbaycan tərəfinin konstruktiv mövqeyi bütün dünyaya bəllidir. Ona görə də, özlərinin qeyri-konstruktiv mövqeləri ilə vəziyyəti gərginləşdirirlər. Bu, bir tərəfdən Azərbaycanın super gücə malik olması ilə bağlıdırsa, digər tərəfdən, Ermənistanın günbəgün iflasa uğraması ilə əlaqədardır. Odur ki, Ermənistan rəhbərliyi yenə də öz qeyri-konstruktiv mövqeyini ortaya qoyacaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB