Amil Cavadov: “Azərbaycan idman qurğuları tikən, infrastrukturu yaradan dövlətdir” AÇIQLAMA

Amil Cavadov: “Azərbaycan idman qurğuları tikən, infrastrukturu yaradan dövlətdir” AÇIQLAMA

"Son on il ərzində ölkəmiz idman sahəsində çox böyük uğurlara imza atmaqla yüksək naliyyətlər göstərib. Təbii ki, bu da ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda iştirak edərək Azərbaycanın adını zirvələrə qaldırır, möhtəşəm qələbələr qazanırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

"2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi heç də təsadüfü deyil. Çünki Azərbaycan idmana ən çox diqqət göstərən ölkə olmaqla yanaşı, bu sahədə daha çox idman qurğuları tikən, infrastrukturu yaradan dövlətdir. Bir sözlə, Azərbaycanda idman sahəsi ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin ən önəmli hissəsini təşkil edir. Bildiyimiz ki, bu gün paytaxt Bakı ilə bərabər Azərbaycanın müxtəlif bölgələrində ən müasir səviyyədə Olimpiya İdman Kompleksləri fəaliyyət göstərərək, gənclərimizə xidmət edir. Beləcə son illər ərzində də tikilən Olimpiya İdman Komplekslərinin sayının 40-a yaxın olması, idman qurğularının sayının 2003-cü illə müqayisədə 11,7 faiz artaraq, 2013-cü ildə 1000-ə çatdırılması, idmana dövlət başçısının göstərmiş olduğu qayğının ən bariz təzahürüdür. Ümumiyyətlə, Azərbaycanın sürətli inkişafı, paytaxt Bakının ən müasir Avropa şəhərlərindən birinə çevirlməsi, ölkəmizin həm idman, həmçinin də digər sahələrlə bağlı beynəlxalq tədbirləri keçirmək üçün böyük təcrübəyə sahib olması onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını çox yüksək səviyyədə keçirmək üçün tam hazırdır" - deyə, Amil Cavadov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə