Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul edib. SİA-nın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Linden İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Görüşdə ölkələr və xalqlar arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi və Hollandiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdikləri vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB