YAP gənclərinə sertifikatlar təqdim olunub FOTOLAR

YAP gənclərinə sertifikatlar təqdim olunub FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən "İdeyanı bizimlə paylaş" devizi altında yeni pilot layihə çərçivəsində fəal gənclərə sertifikatlar təqdim olunub. SİA-nın məlumatına görə, oktyabrın 28-30-u tarixlərində keçirilən layihənin əsas məqsədi gənclərə fandreyzinq təlimlərinin keçirilməsi və gənclərin layihələr yazmaqla bağlı biliklərinin artırılmasından ibarət olub.

Təlimlər Gənclər Birliyi ofisinin əməkdaşı Leyla Kərimova tərəfindən keçirilib. Təlimlərin birinci günü gənclərə layihə, donor təşkilatlarla işləmək qaydaları, büdcə məsələləri və s. mövzular ətrafında təlimlər keçirilib. Təlim bitdikdən sonra isə gənclər 4 qrupa bölünərək müxtəlif mövzularda layihələr hazırlayıblar.

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxanın sözlərinə görə, gənclər komanda formasında hazırladıqları layihələrin təqdimatlarını etdikdən sonra, layihənin ikinci günü təlimin gənclər tərəfindən mənimsənilməsinin yoxlanılması üçün gənclara test tapşırıqları verilib. Diqqətə çatdırılıb ki, YAP Gənclər Birliyi tərəfindən test tapşırıqlarından yaxşı nəticə toplayan gənclərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, gənclər tərəfindən hazırlanan icrası real olan və kreativliyi ilə seçilən bir neçə layihə YAP Gənclər Birliyi tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə